Çimərlik voleybolu üzrə Azərbaycan millisi Olimpiya və dünya çempionlarını məğlub edib

Avropa Oyunları
  • 18 may, 2015
  • 10:17
Çimərlik voleybolu üzrə Azərbaycan millisi Olimpiya və dünya çempionlarını məğlub edib

Bakı. 18 may. REPORT.AZ/ Çimərlik futbolu üzrə Azərbaycan milli komandası "Bakı-2015" I Avropa Oyunlarına hazırlıq çərçivəsində bir neçə yarışa qatılıb. 

Azərbaycan Voleybol Federasiyasından "Report"a verilən məlumata görə, yığma üzvləri Çexiya, Belarus, Braziliya və Avstriyadakı yarışlarda uğurlu nəticələr əldə edib.

Tərkibi Vivian Da Konseysao Kunya / Zinaida Lyubimova və Yuliya Kərimova / Rakel Qonsalveş Ferreyradan ibarət heyət Avropa, dünya, hətta Olimpiya çempionlarını məğlubiyyətə uğradıb.

Qeyd edək ki, "Bakı-2015" I Avropa Oyunlarında Azərbaycanı çimərlik voleybolu növündə 4 cütlük təmsil edəcək.