​"Bakı 2015": Kişilər arasında suya sinxron tullanma yarışında qızıl medalların sahibləri müəyyənləşib - CANLI YAYIM

Avropa Oyunları
  • 19 iyun, 2015
  • 15:49
​Bakı 2015: Kişilər arasında suya sinxron tullanma yarışında qızıl medalların sahibləri müəyyənləşib - CANLI YAYIM

Bakı. 19 iyun. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarında kişilər arasında üç metr hündürlüyündə tramplindən suya sinxron tullanma yarışının qızıl medalını rusiyalı atletlər İliya Molçanov və Nikita Nikolayev (324.69) cütlüyü qazanıb.

"Report"un məlumatına görə, gümüş medala Böyük Britaniya idmançıları Ceyms Hitli və Ross Haslam (286.05), bürünc medala isə Almaniya təmsilçiləri Frityof Seydel və Niko Herzoq (284.22) sahib olublar.

*** 18:27

Bu gün "Bakı 2015" I Avropa Oyunlarında suya tullanma yarışları üzrə qızıl medalların sahibləri müəyyənləşir. "Report"un məlumatına görə, yarışlar 2 növdə keçirilir.

Azərbaycan idmançısı Olqa Bıkovskayanın mübarizəni dayandırdığı qadınlar arasında 1 metrdən tramplinlə tullanma yarışında 12 idmançı çıxş edir. Kişilər arasında 3 metrdən sinxron tramplinlərlə tullanmada isə 11 idmançı yarışır.

​"Bakı 2015": Kişilər arasında suya sinxron tullanma yarışında qızıl medalların sahibləri müəyyənləşib - CANLI YAYIM

44 filmi