Bakı-2015 Avropa Oyunları Rumıniya, Macarıstan və Belçikada canlı yayımlanacaq
Avropa Oyunları
- 10 sentyabr, 2014
- 05:49
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
- Bakı. 10 sentyabr. REPORT.AZ/ Bakı-2015 Avropa Oyunlarının Əməliyyat Komitəsi Rumıniya, Macarıstan və Belçika ilə üç beynəlxalq yayım müqavilələri bağlayıb. Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin mətbuat xidmətindən Report-a verilən məlumata görə, sözügedən üç müqavilənin bağlanması ilə idman azarkeşləri gələn ilin yayında Azərbyacanda keçiriləcək 17 günlük birinci Avropa Oyunlarını canlı izləyə biləcəklər.
- Bağlanmış müqavilələrə görə, "DigiSport" şirkəti Rumıniya və Macarıstanda, "Sport-10" şirkəti isə Belçikada Avropa Oyunlarını yayımlayacaq.
- Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə Baş Direktoru Saymon Kleq deyib ki, bu üç sazişin bağlanması bütün qitədə birinci Avropa Oyunlarını izləməyə olan marağın yüksək səviyyədə olduğunu göstərir: "Rumıniya, Macarıstan və Belçikanın idman sahəsində möhtəşəm uğur tarixi var. Oradakı azarkeşlərin gələn yay keçiriləcək yarışlarda öz idmançılarının nailiyyətlərini izləmələri üçün zəmanətin verilməsi gözəl haldır".
- Beynəlxalq İdman Yayımı Şirkəti Avropa Oyunları müddətində oyunların 800 saatlıq canlı, müasir təqdimatını təmin edəcək. Hər üç ölkədə hər gün tədbirin kadrları, eyni zamanda, tam şəkildə açlış və bağlanış mərasimləri yayımlanacaq.
Son xəbərlər
14:59
Energetika Nazirliyinə 9 ayda 12 600-dən çox vətəndaş müraciət edib
Energetika
14:58
Video
Bakıda üç metro stansiyası ətrafında nəqliyyat sıxlığını azaldacaq yeni yol: İşlər nə yerdədir?
Sosial müdafiə
14:50
"Çampi" qasırğası Filippinə yaxınlaşır
Digər ölkələr
14:47
Kobaxidze: Rusiya ilə diplomatik münasibətlərin bərpasına maneələr qalır
Region
14:45
Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb
Daxili siyasət
14:43
Foto
Azərbaycan kamandan oxatma millisi İraqdakı yarışda iştirak edəcək
Fərdi
14:41
Muxtorxon Taşxocayev Azərbaycan Milli Paralimpiya Komitəsini təbrik edib
Fərdi
14:32
Bakıda III Dayanıqlı Tikinti Sammiti keçiriləcək
Biznes
14:31
Foto
Azərbaycanla İndoneziya arasında siyasi məshələtləşmələr keçirilib
Xarici siyasət