Bakı-2015 Avropa Oyunları Fransanın Milli Olimpiya Komitəsi ilə tərəfdaş olduğunu elan edib
Avropa Oyunları
- 11 sentyabr, 2014
- 13:21
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 11 sentyabr. REPORT.AZ. Bakı-2015 Avropa Oyunları Fransanın Milli Olimpiya Komitəsi və "Sentez Vous" idman təşkilatı ilə tərəfdaşlığını elan edib. Report-un xəbərinə görə, bu barədə Bakı-2015 Avropa Oyunlarının Əməliyyat Komitəsi məlumat yayıb.
- Sentyabrın 13-dən 21-dək Fransada "Sentez Vous" idman təşkilatı tərəfindən idman festivalı təşkil olunur. Bu idman festivalının keçirilməsində məqsəd idmanı sağlam həyat tərzinin bir hissəsi kimi təbliğ etmək və maarifləndirici seminarlar vasitəsilə daha çox insanı müntəzəm fiziki fəaliyyətlərlə məşğul olmağa həvəsləndirməkdir.
- Fransadakı bu tədbirlə bağlı bütün kommunikasiya məsələləri, televiziya reklamı, sosial medya və çap məhsulları Bakı-2015 ilə əlaqələndiriləcək.
- Eyni zamanda, festivalda Azərbaycanı bu yaxınlarda Nanjinqdə keçirilən gənclər arasında Yay Olimpiya oyunlarında medal qazanmış 6 idmançı təmsil edəcək. Səid Quliyev (taekvondo-qızıl medal), Teymur Məmmədov, İqbal Hacızadə (güləş-qızıl medal), Cabbar Nəcəfov, Leyla Qurbanova (güləş-gümüş medal) və Nazim Babayev (atletika, 3 təkanla tullanma-bürünc medal) Fransanın Milli İdman və Fiziki Tərbiyə İnstitutuna səfər edəcək və ölkədəki idman tədbirlərində iştirak edəcəklər.
- Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib ki, sözügedən tədbir Bakı-2015 Avropa Oyunlarına qitənin digər tərəfində də idmanı təbliğ etməyə imkan yaradacaq: “Fransa Avropanın idman sahəsində əsas güc sahibidir və "Sentez Vous" idman tədbirinə dəstək göstərməklə Avropa Oyunları Azərbaycanda sağlam həyat tərzi anlayışının əsasını qoyacaq”.
- Fransa Milli Olimpiya Komitəsinin prezidenti Denis Masseqlia da bu tədbirlə bağlı fikirlərini açıqlayıb. “Biz Bakı-2015-lə əməkdaşlıqdan məmnunuq və Komitənin dəstəyi ilə "Sentez Vous" idman tədbiri xalqımızda idmana marağı artıracaq” - deyə, o bildirib.
- Festivalda 100-dən artıq idman növü təmsil olunacaq. Tədbirdə ABŞ Milli Basketbol Assosiasiyasının dördqat çempionu, basketbolçu Toni Parker və 2004-cü il Afina Yay Olimpiya Oyunlarında üzgüçülük üzrə qızıl medal qazanmış Lor Manaudou da iştirak edəcək.
Son xəbərlər
16:30
Ukrayna əhalisinin sayı kəskin azalıb
Region
16:30
ING: Azərbaycanın nominal ÜDM-i 2026-cı ildə 81 milyard dolları ötəcək
Maliyyə
16:28
ING Azərbaycanın cari əməliyyatlar hesabının profisiti üzrə 2029-cu ilədək olan proqnozunu açıqlayıb
Maliyyə
16:27
"Mançester Yunayted" Yulian Naqelsmannı baş məşqçi postuna namizəd kimi nəzərdən keçirir
Futbol
16:20
Husilər Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinin binasına zərbə endiriblər
Digər ölkələr
16:18
Bakı və Sumqayıtda qripə qarşı peyvəndlənməyə başlanılıb
Sağlamlıq
16:18
Foto
Azərbaycan İtaliya şirkəti ilə "Yaşıl Enerji Dəhlizi" üzrə əməkdaşlığı müzakirə edib
Energetika
16:15
ABİF sahibkarlar üçün mikrokreditlər təklif etməyə başlayıb
Biznes
16:12
Təhsilin İnkişafı Fondunun direktoru: Qızların təhsili cəmiyyətin gələcəyinə qoyulan sərmayədir
Elm və təhsil