Azərbaycanlı güləşçi "Bakı 2015"də bürünc medal qazanıb

Avropa Oyunları
  • 14 iyun, 2015
  • 14:24
Azərbaycanlı güləşçi Bakı 2015də bürünc medal qazanıb

Bakı. 14 İyun. REPORT.AZ/ “Bakı 2015” I Avropa Oyunları çərçivəsində Azərbaycanın yunan-Roma güləşçilərindən 66 kq çəki dərəcəsində yarışan Həsən Əliyev bürünc medal qazanıb.

O, serbiyalı güləşçi Aleksandr Maksimoviçi 4:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, mübarizəyə təsnifat mərhələsindən qoşulan Həsən Əliyev (66 kq) ardıcıl olaraq gürcü Saçino Davitaia, xorvat Daniel Janecic və belarus idmançısı Mixail Siamionau üzərində inamlı qələbə qazanıb.