"Yelo Bank"dan mikro bizneslər üçün bahar kampaniyası!

ASK
  • 02 mart, 2026
  • 15:20
Yelo Bankdan mikro bizneslər üçün bahar kampaniyası!

Bahar gəlir, təbiət oyanır, bizneslər canlanır! "Yelo Bank" ASC işinə yeni nəfəs vermək və planlarını böyütmək istəyən mikro sahibkarlar üçün xüsusi bahar kampaniyasına start verir.

Kampaniya çərçivəsində sahibkarlar 100 000 manata qədər mikrokrediti illik cəmi 10%-dən başlayan faizlərlə və komissiyasız şərtlərlə də əldə edə bilərlər. Biznesin inkişaf tempini nəzərə alaraq, kredit üzrə 12 aya qədər güzəşt müddəti və 48 ayadək rahat ödəniş qrafiki təqdim olunur. Bu güzəşt müddəti sayəsində sahibkarlar ilkin gəlirlərini kredit ödənişinə deyil, işlərinin daha da böyüməsinə yönəltmək imkanı qazanırlar.

Bayram sevincini biznesindəki uğurlarla birləşdirmək istəyirsənsə, sənə ən yaxın "Yelo" filialına yaxınlaş. Yaxud işinin başından ayrılmadan biznesini böyüt – onlayn müraciət et, mütəxəssislərimiz təhlili elə biznes ünvanında aparsın, krediti yerindəcə əldə et.

Bu bahar biznesin üçün yeni bir dövrün başlanğıcı olsun! Daha ətraflı: https://ylb.az/mikrokredit.

Bankdan biznes krediti əldə etmək istəyirsiniz? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsappyelo.az hesablarımızı ziyarət edin.

"Yelo Bank" – Parlaq bankçılıq!