Ukrayna Azərbaycana ət ixracını artırıb
ASK
- 03 mart, 2018
- 09:10
Bakı. 3 mart. REPORT.AZ/ 2017-ci ildə Ukraynadan Azərbaycana ət ixracı 2,7 dəfə artaraq 37,8 milyon dollar təşkil edib.
"Report" Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə Aqrar İqtisadiyyat İnstitutunun Milli Elmi Mərkəzinin direktoru Nikolay Puqaçyov bildirib.
Qeyd olunub ki, hesabat dövründə Azərbaycan Ukraynadan bu məhsulun əsas 5 idxalçısından biri olub.
İlk 5-likdə eyni zamanda Hollandiya (80,5 milyon dollar), Misir (69,4 milyon dollar), İraq (51,2 milyon dollar) və Belarus (49,6 milyon dollar) yer alıb.
Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, ötən il Ukrayna ilə ticarət dövriyyəsi 810 milyon dollar təşkil edib. Bunun böyük hissəsi - 460 milyon dolları Ukrayna məhsullarının Azərbaycana idxalının payına düşüb.
Son xəbərlər
15:11
"Monetri" BOKT 3 milyon manatlıq istiqraz buraxır
Maliyyə15:06
Foto
Həsən Həsənov: Albaniya Atropatenanın törəməsidir və bu fakt sovet dövründə təhrif olunub
Daxili siyasət15:00
Uçuşların idarə edilməsi sistemindəki yeni nasazlıq Britaniya aeroportlarının işini pozub
Digər ölkələr14:58
Foto
Azərbaycanın turizm imkanları Pakistanda təqdim olunub
Maliyyə14:57
Ötən həftə 1840,3 ha ərazi minalardan təmizlənib
Daxili siyasət14:53
CNN, MS NOW və "Politico" Tramp administrasiyasına qarşı iddia qaldırıb
Digər ölkələr14:52
"Barselona" Hans Diter-Flikin rəhbərliyi altında tarixinin ən yaxşı mövsüm startını gerçəkləşdirib
Futbol14:43
Azərbaycan Gürcüstandan yerli istehsal mallarının idxalını 14 %-dən çox artırıb
Maliyyə14:38