Türkiyədən Azərbaycana pambıq yağının tədarükü bərpa edilib

ASK
  • 29 sentyabr, 2022
  • 09:54
Türkiyədən Azərbaycana pambıq yağının tədarükü bərpa edilib

2022-ci ilin yanvar-iyul aylarında Azərbaycandan xaricə 2,684 milyon ABŞ dolları dəyərində 2 min 083 ton pambıq yağı göndərilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 13,2 %, kəmiyyət olaraq – 42,4 % azdır.

Türkiyəyə 1,471 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 6,4 % çoxdur) 1 min 098 ton (-31 %), Tacikistana 1,102 milyon ABŞ dolları dəyərində (-33,7 %) 910 ton (-54 %), Qırğızıstana 83,68 min ABŞ dolları dəyərində (+69,4 %) 54,2 ton (-1,5 %) və Suriyaya 26,81 min ABŞ dolları dəyərində 20,7 ton məhsul satılıb.

Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Suriyaya tədarük həyata keçirilib.

Hesabat dövründə Azərbaycana 168,95 min ABŞ dolları dəyərində (+33 dəfə) 147,13 ton (+43,2 dəfə) pambıq yağı idxal edilib.

Türkiyədən 164,09 min ABŞ dolları dəyərində 144,7 ton və İrandan 4,86 min ABŞ dolları dəyərində (-4,7 %) 2,43 ton (-28,5 %) yağ alınıb.

Beş il 6 aylıq fasilənin ardından Türkiyədən tədarük bərpa edilb.

44 - Tezliklə