Türkiyə rəsmisi: "İqlimə dözümlü kənd təsərrüfatının mərkəzində effektiv su siyasəti dayanmalıdır"

ASK
  • 08 sentyabr, 2026
  • 11:42
Türkiyə rəsmisi: İqlimə dözümlü kənd təsərrüfatının mərkəzində effektiv su siyasəti dayanmalıdır

İqlimə dözümlü kənd təsərrüfatının mərkəzində effektiv su siyasəti dayanmalıdır.

"Report" xəbər verir ki, bunu Türkiyənin Kənd Təsərrüfatı və Meşə Nazirliyinin Beynəlxalq Təşkilatlar Şöbəsinin rəisi Tolqahan Bəxtiyar Bakı İqlim Fəaliyyəti Həftəsi 2026 (BCAW 2026)"nın 2-ci günündə bildirib.

"Bu gün iqlim, su və kənd təsərrüfatı bir-biri ilə sıx bağlıdır. Bu səbəbdən su qıtlığı, quraqlıq, torpaqların deqradasiyası və ərzaq təhlükəsizliyi təcrid olunmuş problemlər kimi deyil, vahid reallıq kimi ələ alınmalıdır. Türkiyənin "Neksus" Təşəbbüsü mövcud qlobal layihələrə rəqib kimi görünmür. Əksinə, bu təşəbbüs su resurslarını ərzaq sistemləri və iqlim fəaliyyətinin mərkəzinə qoyaraq aparılan işlərin koordinasiyasını təmin etməyi hədəfləyir", - deyə o qeyd edib.

T. Bəxtiyar əlavə edib ki, ərzaq, su və iqlim əlaqəsi yalnız kağız üzərində qalmamalı, Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr (NDC) və Milli Adaptasiya Planları (NAP) kimi konkret siyasət alətlərində əks olunmalıdır. "Bonda başlanan dialoqu genişləndirmək məqsədilə Antalyada geniş və davamlı tərəfdaşlıq planlaşdırılır. Məqsəd ölkələri, beynəlxalq təşkilatları və maliyyə qurumlarını bir araya gətirərək konkret icraata keçməkdir".

44 - Tezliklə