Son 5 ildə Belarusla Azərbaycan arasında aqrar məhsulların qarşılıqlı ticarəti 2 dəfə artıb

ASK
  • 08 oktyabr, 2026
  • 13:29
Son 5 ildə Belarusla Azərbaycan arasında aqrar məhsulların qarşılıqlı ticarəti 2 dəfə artıb

Bu ilin ilk 8 ayı ərzində Azərbaycan və Belarus arasında kənd təsərrüfatı məhsullarının qarşılıqlı ticarətinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 55 % artıb.

Bu barədə "Report"a açıqlamasında Belarusun kənd təsərrüfatı və ərzaq nazirinin müavini, Baytarlıq və Ərzaq Nəzarəti Departamentinin direktoru İvan Smilqin bildirib.

Onun sözlərinə görə, son beş il ərzində bu göstərici ikiqat artım nümayiş etdirib.

Nazir müavini qeyd edib ki, hər iki ölkənin müvafiq qurumları sıx qarşılıqlı əlaqədədir və yüksək səviyyəli peşəkar əməkdaşlıq nümayiş etdirirlər: "Bu gün qurumlarımız sıx əməkdaşlıq edir, heç bir problem yaranmır. Belarus tərəfi Azərbaycana əsasən süd və ət məhsulları tədarük edir. Azərbaycandan isə meyvə-tərəvəz və bostan məhsulları, meyvə, giləmeyvə və kartof idxal olunur. Biz rəqabət aparmırıq, əksinə, bir-birimizi tamamlayırıq".

İ.Smilqin deyib ki, keçirilmiş biznes-forumun məqsədi ticari-iqtisadi tərəfdaşlığa yeni təkan vermək və hər iki dövlətin ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə kömək etmək olub.

Nəzarət mexanizmlərinin rəqəmsallaşdırılması ilə bağlı sualı cavablandıran İ.Smilqin qeyd edib ki, Azərbaycan və Belarusun ixtisaslaşmış qurumları heyvanların identifikasiyası, qeydiyyatı və izlənməsi istiqamətində fəal əməkdaşlıq edirlər: "Növbəti mərhələ məhz məlumat mübadiləsi və bizim informasiya sistemlərimizə keçid olacaq".

44 - Tezliklə