Siyavuş Novruzov: "Aqrar sahədə ixtisaslı kadrların hazırlanmasına diqqət yetirilməlidir"

ASK
  • 10 iyul, 2026
  • 12:31
Siyavuş Novruzov: Aqrar sahədə ixtisaslı kadrların hazırlanmasına diqqət yetirilməlidir
Siyavuş Novruzov

Azərbaycan kənd təsərrüfatı sahəsində ixtisaslı kadrların hazırlanmasına daha çox diqqət yetirilməlidir.

"Report"un məlumatına görə, bunu deputat Siyavuş Novruzov Milli Məclisin plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, dünyada baş verən münaqişələr kənd təsərrüfatı məhsullarının istehsalına və tədarükünə mənfi təsir göstərir: "Bu gün dünyada kənd təsərrüfatı məhsulları ixrac edən ölkələrdə müharibələr gedir. Ona görə də Azərbaycan həm ərzaq təhlükəsizliyinin təmin olunması, həm də ixrac imkanlarının artırılması üçün kənd təsərrüfatının inkişafına ciddi nəzarət etməlidir".

S. Novruzov qeyd edib ki, torpaq sahələrinin konsolidasiyası kənd təsərrüfatına yararlı torpaqlardan daha səmərəli istifadə etməyə imkan verəcək: "Hazırda özəl torpaqların təxminən 20 %-i yollar və su arxları üçün istifadə olunur, torpaqların birləşdirilməsi isə bu itkilərin azalmasına kömək edə bilər. Aqrar sahənin davamlı inkişafı üçün ali təhsil müəssisələrində kənd təsərrüfatı üzrə mütəxəssis hazırlığı da gücləndirilməlidir".