Salyanda pambığın 95 %-i maşınla yığılacaq
ASK
- 11 sentyabr, 2024
- 03:08
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Salyanın pambıq tarlalarında məhsulun 95 %-i maşınlarla yığılacaq.
Bu barədə “Report”un Aran bürosuna Kənd Təsərrüfatı Nazirliyinin Salyan Dövlət Aqrar İnkişaf Mərkəzindən (DAİM) bildirilib.
Məlumata görə, bu il rayonda 10 063 hektar sahədə pambıq əkilib. Əvvəlki illə müqayisədə cari il tarlalarda bol məhsul yetişdirilib.
Yığımda istifadə olunacaq müxtəlif təyinatlı texnikalar saz vəziyyətə gətirilib. Pambıq yığımında 49 maşın tarlalara çıxarılacaq. Bununla yanaşı, 136 traktor, 239 yedəkli lafetdən də istifadə olunacaq.
Hazırda pambıq kollarının yarpaqlarının tökülməsi məqsədi ilə tarlalarda defolvasiya işləri aparılır. Qısa müddətdə 313 hektar sahə dərmanlanıb.
Son xəbərlər
14:22
"Barselona" Hans-Diter Flikin rəhbərliyi altında tarixi nəticələrə imza atıb
Futbol
14:19
Zülfiyyə Nuriyeva: Milli geyimlərimizi gələcək nəsillərə ötürməliyik
Mədəniyyət siyasəti
14:15
İran sahillərində gəmiyə PUA zərbəsi nəticəsində 3 balıqçı yaralanıb
Digər ölkələr
14:12
Qırmızı Xaç: Yəməndəki xəstəxanalar yaralı axınının öhdəsindən gələ bilmir
Digər ölkələr
14:08
Foto
Əli Əsədov Laosun Prezidenti ilə ikitərəfli əməkdaşlığı müzakirə edib
Xarici siyasət
14:07
Foto
Azərbaycan və Kamboca parlamentlərarası əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub
Milli Məclis
14:05
Hakan Fidan Bakıda keçiriləcək AQEM konfransında Türkiyə Prezidentini təmsil edəcək
Xarici siyasət
13:56
Rəsmi Bakı Fransanı Azərbaycanla bağlı əsassız iddialara son qoymağa çağırıb
Xarici siyasət
13:52
Hörmüz boğazında minaya düşərək partlayan konteyner gəmisi batıb
Digər ölkələr