Rusiyanın Stavropol diyarı Azərbaycana taxıl ixrac edib

ASK
  • 27 iyun, 2019
  • 08:47
Rusiyanın Stavropol diyarı Azərbaycana taxıl ixrac edib

Rusiya Federasiyasının Stavropol diyarından builki taxıl məhsulunun ilk dəsti Azərbaycana yola salınıb.

“Report” yerli mənbələrə istinadən xəbər verir ki, Azərbaycana 12 vaqon 4-cü dərəcəli taxıl göndərilib.

Qeyd edək ki, bu ilin yanvar – may ayları ərzində Azərbaycan 124.453 min ABŞ dolları məbləğində 551.444 ton taxıl idxal edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 40.331 min dollar və 54.336 ton (14,6 faiz) çoxdur.

Dövlət Statistika Komitəsinin məlumatına görə, eyni dövrdə ölkədə taxıl istehsalı 2,2 dəfə artıb.