Rəşad Hüseynov: "Yeni Dövlət Proqramı kənd təsərrüfatının bütün alt sektorlarını əhatə edəcək"

ASK
  • 12 iyun, 2026
  • 12:26
Rəşad Hüseynov: Yeni Dövlət Proqramı kənd təsərrüfatının bütün alt sektorlarını əhatə edəcək

Azərbaycanda kənd təsərrüfatı, balıqçılıq və akvakultura sahələrinin inkişafı ilə əlaqədar hazırlanan yeni Dövlət Proqramı çərçivəsində 86 tədbirin reallaşdırılması planlaşdırılır.

"Report"un Zəngilan rayonuna ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Aqrar Tədqiqatlar Mərkəzinin rəhbəri Rəşad Hüseynov "Azərbaycanda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı" ilə bağlı təşkil edilən müşavirədə bildirib.

Onun sözlərinə görə, proqram 5 prioritet istiqaməti, 16 fəaliyyət sahəsini və 86 konkret tədbiri əhatə edir: "Proqram üzrə 23 hədəf indikatoru təyin olunub. Bu indikatorlar vasitəsilə həm həyata keçirilən tədbirlərin nəticələrini monitorinq etmək, həm də icra gedişatını dəyərləndirmək imkanı yaranacaq.

Proqram kənd təsərrüfatının bütün alt sahələrini əhatə edən vahid inkişaf sənədi olmaqla, eyni zamanda regionların sosial-iqtisadi tərəqqisinə töhfə verir".

44 - Tezliklə