Prezident İlham Əliyev Fələstin prezidenti Mahmud Abbasa təbrik məktubu göndərib

ASK
  • 14 noyabr, 2014
  • 15:41
Prezident İlham Əliyev Fələstin prezidenti Mahmud Abbasa təbrik məktubu göndərib

Bakı. 14 noyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Fələstin Dövlətinin prezidenti Mahmud Abbasa, Fələstinin milli bayramı münsaibəti ilə təbrik məktubu göndərib.  

Məktubda deyilir:  "Hörmətli cənab Prezident, Ölkənizin milli bayramı – Fələstin Dövlətinin elan edilməsi günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.  İnanıram ki, Azərbaycan-Fələstin dostluğu xalqlarımızın iradəsini əks etdirərək bundan sonra da əməkdaşlığımızın dərinləşməsinə öz töhfəsini verəcəkdir. Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Fələstin xalqına sülh və tərəqqi diləyirəm"