Özbəkistandan Azərbaycana günəbaxan toxumu idxalı bərpa edilib
- 05 noyabr, 2022
- 10:20
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-avqust aylarında Azərbaycana xaricdən 4,164 milyon ABŞ dolları dəyərində 2 min 382 ton günəbaxan toxumu gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 18 %, kəmiyyət olaraq – 49 % azdır.
Hesabat dövründə Çindən 2,646 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 33,7 % çoxdur) 1 min 436 ton (+29 %), Türkiyədən 1,347 milyon ABŞ dolları dəyərində (+22,6 %) 796,33 ton (+41 %), Özbəkistandan 64,8 min ABŞ dolları dəyərində 40,5 ton, Ukraynadan 56,1 min ABŞ dolları dəyərində (-25,5 %) 66 ton (-5,7 %), Rusiyadan 46 min ABŞ dolları dəyərində (-97,4 %) 41,1 ton (-98,5 %) məhsul alınıb.
On il 5 aylıq fasilənin ardından Özbəkistandan tədarük bərpa edilib.