Niderlanddan Azərbaycana kartof idxalı bərpa edilib

ASK
  • 03 oktyabr, 2022
  • 06:04
Niderlanddan Azərbaycana kartof idxalı bərpa edilib

2022-ci ilin yanvar-iyul aylarında Azərbaycan 26,31 milyon ABŞ dolları dəyərində 100 min 051 ton kartof (toxumluq kartofdan başqa) idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 10,7 %, kəmiyyət olaraq – 1,4 % çoxdur.

İrandan 8,932 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 59,5 % azalıb) 36 min 128 ton (-60,7 %), Türkiyədən 7,679 milyon ABŞ dolları dəyərində (+6 dəfə) 30 min 620 ton (+6 dəfə), Pakistandan 7,366 milyon ABŞ dolları dəyərində (+491 dəfə) 24 min 556 ton (+501 dəfə), Gürcüstandan 1,466 milyon ABŞ dolları dəyərində (+4 dəfə) 5 min 856 ton (+4 dəfə), Ukraynadan 847,35 min ABŞ dolları dəyərində (+207 dəfə) 2 min 824 ton (+139 dəfə) məhsul gətirilib.

Üç il 6 aylıq fasilənin ardından Niderlanddan tədarük bərpa edilib. Həmin ölkədən 1,25 min ABŞ dolları dəyərində 0,05 ton kartof alınıb.

Hesabat dövründə Azərbaycan xaricə 35,059 milyon ABŞ dolları dəyərində (-12 %) 78 min 156 ton (-15 %) kartof satıb.

Rusiyaya 33,384 milyon ABŞ dolları dəyərində (-12,8 %) 73 min 532 ton (-13,5 %), Belarusa 775,88 min ABŞ dolları dəyərində (+2,2 dəfə) 1 886 ton (+42,1 %), Ukraynaya 561,42 min ABŞ dolları dəyərində (-47 %) 1 414 ton (-70 %), Gürcüstana 131,39 min ABŞ dolları dəyərində (+11 dəfə) 527,6 ton (+7,6 dəfə), Litvaya 91,16 min ABŞ dolları dəyərində 368,8 ton məhsul ixrac edilib.

Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Litvaya tədarük həyata keçirilib.