Nazirlik pambıqçılardan alınacaq məhsulun qiymətini açıqlayıb
- 23 sentyabr, 2015
- 09:52
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 23 sentyabr. REPORT.AZ/ “MKT İstehsalat Kommersiya” MMC 2015-ci il mövsümü üzrə cəmiyyətlə müqaviləsi olmayan pambıq istehsalçılarından dünya bazarında mahlıcın mövcud qiymətləri nəzərə alınmaqla xam-pambığın qəbulunu elan edir.
Kənd Təsərrüfatı Nazirliyindən "Report"a verilən məlumata görə, xam pambığın dəyəri 1-ci növ üzrə 380 manat/ton, 2-ci növ üzrə 360 manat/ton, 3-cü növ üzrə 350 manat/ton, 4-cü növ üzrə 330 manat/ton təşkil edir.
Qəbul edilən xam-pambığın dəyəri tərəflər arasında bağlanacaq müqavilə əsasında növlərə uyğun qiymətlərlə 1-3 gün ərzində ödəniləcək. Elanda göstərilənlərlə əlaqədar pambıq istehsalçılarından cəmiyyətin yerlərdə olan filiallarına müraciət etmələri xahiş olunur.
“MKT İstehsalat Kommersiya” MMC-nin pambıq qəbul məntəqələrinin siyahısı:
1. MKT İK MMC-nin MKT- Saatlı filialı
Ünvan: Saatlı rayonu, Sarcalar qəsəbəsi.
2. MKT İK MMC-nin MKT- Biləsuvar filialı
Ünvan: Biləsuvar rayonu, Zəhmət küç. 1
3. MKT İK MMC-nin MKT- İmişli filialı
Ünvan: İmişli şəhəri, R. Əliyev küç. 1
4. MKT İK MMC-nin MKT- Bərdə filialı
Ünvan: Bərdə şəhəri, Nizami 125
5. MKT İK MMC-nin MKT- Ağcabədi filialı
Ünvan: Ağcabədi şəhəri, M. Rəsulzadə 227
6. MKT İK MMC-nin MKT- Beyləqan filialı
Ünvan: Beyləqan rayonu, Daşburun qəsəbəsi.
Qaynar xətt: (012) 497-13-04