Nazirlik: "Azərbaycanda artıq daha keyfiyyətli, sertifikatlaşdırılmış toxum növlərindən istifadə edilir"

ASK
  • 12 iyul, 2018
  • 08:12
Nazirlik: Azərbaycanda artıq daha keyfiyyətli, sertifikatlaşdırılmış toxum növlərindən istifadə edilir

Bakı. 12 iyul. REPORT.AZ/ "Azərbaycanda toxumçuluq təsərrüfatı ilə məşğul olan fermerlərə subsidiyaların verilməsi azalmaqdadır. Bu isə onların daha keyfiyyətli, sertifikatlaşdırılmış toxum növlərindən istifadə etmələrindən irəli gəlir".

"Report" un məlumatına görə, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin rəisi Möhtəsim Əhmədov bu gün Bakıda keçirilən özəl toxumçuların I ümumrespublika müşavirəsində bildirib.

Bundan başqa, onun sözlərinə görə, 2017-ci ildə Azərbaycanda 500 növ toxum laboratoriyaya təqdim edilib. Bunun isə 174 növü təsərrüfatlara verilib. 

44 filmi