Nazir: "Azad olunmuş torpaqlarda aqroparklar Azərbaycan və region üçün yeni aqrar modeli formalaşdıracaq"

ASK
  • 21 noyabr, 2025
  • 00:08
Nazir: Azad olunmuş torpaqlarda aqroparklar Azərbaycan və region üçün yeni aqrar modeli formalaşdıracaq

Azərbaycanda ilk dəfə azad olunmuş ərazilərdə istixana aqroparkı qurulacaq.

"Report" xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov "Baku TV"yə müsahibəsində bildirib.

M Məmmədov qeyd edib ki, Kənd Təsərrüfatı Nazirliyi azad olunmuş ərazilərdə aqroparkların yaradılmasını aktiv şəkildə təşviq edəcək:

"Azərbaycanda ilk dəfə olaraq azad edilmiş ərazilərdə istixana aqroparkı qurmağa çalışacağıq. Bu layihə təxminən 200 hektar sahəni əhatə edəcək. İnfrastruktur tam şəkildə təmin olunduqdan sonra həmin ərazilər istixana fəaliyyəti ilə məşğul olmaq istəyən sahibkarlara təhkim ediləcək".

Nazir əlavə edib ki, nazirlik azad edilmiş ərazilərdə 2 000 hektardan çox sahədə bağçılıq aqroparkının yaradılmasını da planlaşdırır:

"Bu, bölgədə aqrar məhsul istehsalını daha da artıracaq. Bizim üçün nadir şans yaranıb ki, azad olunmuş ərazilərdə düzgün infrastrukturu sıfırdan quraq. İnanıram ki, həmin ərazilərdə formalaşacaq fermer təsərrüfatları Azərbaycan və region üçün nümunəvi aqrar modelə çevriləcək".

Son xəbərlər

Bütün Xəbər Lenti