Nazir: "Azad edilmiş ərazilərdə 230 hektarlıq istixanaların yaradılması planlaşdırılır"
- 05 oktyabr, 2026
- 11:59
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 230 hektarlıq istixanaların yaradılması planlaşdırılır.
"Report"un Ağdama ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Ağdamda keçirilən 100-cü Yubiley Aqrar Biznes Festivalı çərçivəsində təşkil olunmuş "Aqrar sahədə dövlətin dəstək mexanizmləri" mövzusunda panel müzakirəsində bildirib.
Onun sözlərinə görə, daha dəyərli məhsulların istehsalı istiqamətində ölkədə istixanaların həcminin artırılması hədəf olaraq müəyyən edilib: "Söhbət sadə istixanalardan deyil, intensiv və müasir texnologiyaların tətbiq olunduğu istixanaların genişləndirilməsindən gedir. Əvvəlki təcrübədən fərqli olaraq, bu proqramda istixanaların daha çox aqrar zonalar daxilində, sənaye zonaları çərçivəsində inkişaf etdirilməsi hədəflənib. Bu istiqamətdə layihələrdən biri azad edilmiş ərazilərdə 230 hektar sahədə istixanaların vahid zonada qurulmasını nəzərdə tutur. Növbəti mərhələdə isə ölkənin digər regionlarında da istixanaların genişləndirilməsi planlaşdırılır".