Naxçıvanda aqrotexniki xidmətlərin qiymətləri açıqlanıb - SİYAHI
- 08 fevral, 2021
- 06:22
Yeniliklərdən dərhal xəbərdar olun!
“Naxçıvan Aqroservis” ASC-nin 2021-ci ildə yerinə yetirəcəyi aqrotexniki xidmətlərin qiymətləri və yanacaq norması təsdiq edilib.
"Report" xəbər verir ki, bununla bağlı muxtar respublikanın baş naziri Səbuhi Məmmədov qərar imzalayıb.
“Naxçıvan Aqroservis” ASC-nin bu il yerinə yetirəcəyi aqrotexniki xidmətlərin qiymətləri və yanacaq norması aşağıdakı kimidir:
| S/№ | Xidmətin adı | Ölçü vahidi | Yanacaq sərfi (litrlə) | Xidmətin qiyməti (manatla) |
| 1 | Şumlama | hektar | 25 | 45,00 |
| 2 | Tapanlama (malalama) | hektar | 12 | 18,00 |
| 3 | Arx açılması (mora) | hektar | 4 | 11,00 |
| 4 | Taxıl səpini | hektar | 9 | 19,00 |
| 5 | Taxıl səpini (şırımaçanla) | hektar | 17 | 34,00 |
| 6 | Ot biçini (özüyеriyənlə) | hektar | 18 | 34,00 |
| 7 | Ot biçini | hektar | 12 | 31,00 |
| 8 | Taxıl biçini | hektar | 20 | 44,00 |
| 9 | Qarğıdalı biçini | hektar | 25 | 55,00 |
| 10 | Ot və küləşin prеslənməsi | 1000 ədəd | 60 | 270,00 |
| 11 | Məhsulun daşınması | 15 km-dək | 7 | 23,00 |
| 12 | Gübrə səpini | hektar | 6 | 11,00 |
| 13 | Kimyəvi mübarizə tədbirləri | hektar | 6 | 16,00 |
| 14 | Bağçılıqda cərgələrarası kimyəvi mübarizə tədbirləri | hektar | 10 | 32,00 |
| 15 | Dırmıqlama | hektar | 6 | 17,00 |
| 16 | Çizеl-şırım açma | hektar | 15 | 22,00 |
| 17 | Kartof əkini | hektar | 25 | 55,00 |
| 18 | Kartofun dibdoldurması | hektar | 25 | 55,00 |
| 19 | Kartofun çıxarılması | hektar | 25 | 55,00 |
| 20 | Kəsəkəzmə | hektar | 30 | 56,00 |