Müşviq Cəfərov: "Fermerlərin təkbaşına qlobal bazarlarda rəqabət aparması qeyri-mümkündür"

ASK
  • 10 iyul, 2026
  • 12:35
Müşviq Cəfərov: Fermerlərin təkbaşına qlobal bazarlarda rəqabət aparması qeyri-mümkündür

Azərbaycan fermerlərinin təkbaşına qlobal bazarlarda rəqabət aparması qeyri-mümkündür.

"Report"un məlumatına görə, bunu deputat Müşviq Cəfərov Milli Məclisin plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycanda fermer təsərrüfatlarının böyük əksəriyyəti kiçik və orta ailə təsərrüfatlarıdır: "Onların təkbaşına qlobal bazarlarda rəqabət aparması, logistika və emal zəncirinə daxil olması qeyri-mümkündür. Biz "Kooperasiya haqqında" Qanunvericiliyin yaratdığı imkanlardan istifadə edərək, dövlət proqramı çərçivəsində regional emal və logistika hablarının qurulmasını sürətləndirməliyik. Fermer məhsulu sahədə dəyib, yarım-fabrikat və ya hazır məhsul kimi bu hab mərkəzlərində satmağa təşviq edilməlidir. Bu, həm regionlarda məşğulluğu artıracaq, həm də daxili dəyər zəncirini möhkəmləndirəcək".

Deputat əlavə edib ki, yüksək texnologiyaların süni intellekt əsaslı aqronomluq proqramlarının kəndə inteqrasiyası üçün kadr potensialı həlledici faktordur: "Dövlət proqramında elmi potensialın artırılması nəzərdə tutulsa da, bu biliklərin birbaşa tarlaya ötürülməsi üçün Dövlət Aqrar Konsaltinq Şəbəkəsi institusional bir quruluş kimi fəaliyyət göstərməlidir".