​Azərbaycan sahibkarları Moskvada beynəlxalq forumda iştirak edəcəklər

ASK
  • 29 mart, 2016
  • 06:28
​Azərbaycan sahibkarları Moskvada beynəlxalq forumda iştirak edəcəklər

Bakı. 29 mart. REPORT.AZ/ “Əqli mülkiyyət bazarı vasitəsilə innovativ inkişaf” adlı 8-ci beynəlxalq forum keçiriləcək.

“Report” Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə istinadən bildirir ki, təşkil edilən forum bu il mayın 18-də Moskva şəhərində olacaq.
Bununla bağlı forumun təşkilat komitəsindən Komitəyə rəsmi müraciət daxil olub. Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr tədbirdə iştiraka dəvətlidirlər.