Məcnun Məmmədov Tovuzda vətəndaşları qəbul edəcək
ASK
- 14 aprel, 2025
- 13:23
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov aprelin 18-də saat 09:00-da Tovuz Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) Tovuz, Şəmkir, Ağstafa, Qazax və Gədəbəy rayonlarından olan vətəndaşları qəbul edəcək.
“Report” bu barədə nazirliyə istinadən xəbər verir.
Məlumata görə, qəbul zamanı bu rayonlardan olan vətəndaşların nazirliyin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Qəbulda iştirak etmək istəyənlər Tovuz DAİM-ə (070 215 14 21) müraciət edə bilərlər.
Qəbula yazılmaq üçün, həmçinin nazirliyin “Çağrı Mərkəzi”nə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar.
Son xəbərlər
08:49
Türkiyədə avtobusla minik avtomobili toqquşub, xəsarət alanlar var
Region
08:24
Foto
Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
İnfrastruktur
08:21
Si Cinpin: Çin Tayvanla yenidən birləşmə mövzusunda dialoqa hazırdır
Digər ölkələr
08:04
Mehriban Əliyeva sosial şəbəkə hesabında Konstitusiya Günü münasibətilə paylaşım edib
Daxili siyasət
07:44
WSJ: "Nvidia"nın İdarə Heyəti Jensen Huanqı baş direktor vəzifəsindən uzaqlaşdıracaq
Digər ölkələr
07:12
Rio-de-Janeyroda əhalinin üçdə biri cinayətkar qruplaşmaların nəzarəti altında yaşayır
Digər ölkələr
06:31
Yaponiyada mövsümün ilk quş qripi hadisəsi səbəbindən 200 min toyuq tələf ediləcək
Digər ölkələr
06:06
Video
Nyu-Yorkda binanın çökməsi nəticəsində ölən və xəsarət alanların sayı artıb - Yenilənib-2
Digər ölkələr
05:33
Alimlər xərçəng xəstəliyi əleyhinə saqqız hazırlayıblar
Sağlamlıq