Məcnun Məmmədov Şuşada vətəndaşları qəbul edib

ASK
  • 15 may, 2026
  • 15:57
Məcnun Məmmədov Şuşada vətəndaşları qəbul edib

Bu gün kənd təsərrüfatı naziri Məcnun Məmmədov Şuşada bu şəhərdən, eləcə də Füzuli, Xocalı, Laçın, Ağdam, Xankəndi, Xocavənd, Kürdəmir, Ağcabədi rayonlarından və Xankəndi şəhərindən olan vətəndaşları qəbul edib.

"Report" bu barədə nazirliyə istinadən xəbər verir.

Qurumun idarə və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda müraciətlər əsasən işğaldan azad edilən ərazilərdə torpaq sahəsi ilə təmin olunma, subsidiyaların verilməsi, kənd təsərrüfatı texnikalarının lizinqə verilməsi ilə bağlı yaranan borc, işlə təmin olunma, arıçılıq və digər məsələlərlə bağlı olub.

M.Məmmədov qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun olaraq qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.