Məcnun Məmmədov Qusarda vətəndaşları qəbul edib

ASK
  • 12 sentyabr, 2025
  • 16:03
Məcnun Məmmədov Qusarda vətəndaşları qəbul edib

Bu gün kənd təsərrüfatı naziri Məcnun Məmmədov Qusar rayon icra hakimiyyətinin binasında Qusar, Quba, Xaçmaz, Siyəzən və Şabran rayonlarından olan vətəndaşları qəbul edib.

"Report" bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, qəbulda vətəndaşların müraciəti əsasən subsidiyaların verilməsi, torpaq sahəsinin ayrılması, texnika ilə təmin olunma, fitosanotar və laborator xidmətlər, baytarlıq xidmətləri ilə təmin olunma, təsərrüfatın qurulması və genişləndirilməsinə dəstək və digər məsələlərlə bağlı olub.

Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb. 

Son xəbərlər

Bütün Xəbər Lenti