Məcnun Məmmədov: "Bəzi bölgələrdə ciddi baytar çatışmazlığı yaşayırıq"
- 04 fevral, 2026
- 00:39
Azərbaycanın bəzi bölgələrdə ciddi baytar çatışmazlığı var.
"Report" xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov AzTV-yə müsahibəsində bildirib.
"Azərbaycan Dövlət Aqrar Universiteti Gəncə şəhərində yerləşdiyinə görə, həmin ərazidən və ətraf rayonların əksəriyyətindən kadrlar çox gəlir. Amma digər bölgələrdə, əsasən də heyvandarlıq sahəsində kadr çatışmazlıqları görürük. Xüsusilə baytarların sayında çatışmazlıq var. Ümid edirəm ki, bu nöqteyi-nəzərdən də ADA universitetində Baytarlıq və Heyvandarlıq ixtisasının açılması faydalı olacaq. Mən tam əminliklə deyə bilərəm ki, baytarlıq sahəsində təhsil alan hər bir gəncimiz Azərbaycanda yaxın, hətta uzun müddətdə işlə təmin ediləcək imkanlar və ehtiyac var. Ölkədə baytarların orta yaşı artıq 60-ı keçib. Bunların hamısı bizə onu deyir ki, baytar çatışmazlığı daha da intensivləşəcək", - deyə o qeyd edib.