Məcnun Məmmədov: "Aqrar sahədə yeni qanun istehsalçıları əsassız müdaxilələrdən qoruyacaq"

ASK
  • 07 oktyabr, 2026
  • 11:23
Məcnun Məmmədov: Aqrar sahədə yeni qanun istehsalçıları əsassız müdaxilələrdən qoruyacaq

"Aqrar sahə haqqında" yeni qanun istehsalçıları əsassız müdaxilələrdən qoruyacaq.

"Report" xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında - sözügedən qanunun müzakirəsində bildirib.

Onun sözlərinə görə, aqrar sahədə dövlət nəzarəti sahibkarlıq sahəsində yoxlamalara dair qanunun tələbləri çərçivəsində həyata keçiriləcək.

"Aqrar məhsul istehsalçıları iki kateqoriyaya ayrılır - sahibkarlıq məqsədli fermerlər və ailə kəndli təsərrüfatlarını əhatə edən digər istehsalçılar. Subsidiyadan güzəştli kreditə, sığortadan dövlət-özəl tərəfdaşlığına qədər 12 dəstək aləti ilk dəfə qanunda sadalanır. Dəstək tədbirləri Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemindəki məlumatlar və istehsalçıların reytinqi əsasında göstəriləcək. Reytinq iqtisadi səmərəliliyi və vəsaitlərin təyinatı üzrə istifadəsini qiymətləndirir. Bu o deməkdir ki, dövlət vəsaiti real nəticə göstərən istehsalçılara yönəldiləcək", - deyə nazir əlavə edib.

44 - Tezliklə