Lənkəranda şumşad odlucası tırtıllarına qarşı kimyəvi mübarizə başlanılıb

ASK
  • 04 iyul, 2018
  • 07:27
Lənkəranda şumşad odlucası tırtıllarına qarşı kimyəvi mübarizə başlanılıb
agro.gov.az

Bakı. 4 iyul. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin yerli mütəxəssisləri tərəfindən Lənkəran rayonu ərazisində 300 hektar meşə təsərrüfatı sahəsində fitosanitar monitorinqlər həyata keçirilib.

"Report"un nazirliyə istinadən verdiyi xəbərə görə, monitorinq nəticəsində Lənkəran ərazisində meşə fondu və bələdiyyə ərazilərində, eləcə də Cil kəndi (4 ha), Şıxakəran kəndi (2 ha), Osaküçə kəndi (28 ha) və Şovu kəndi (8 ha) ərazilərində mövcüd olan nil, vələs və Hirkan şumşad ağaclarında şumşad odlucasının ikinci nəslinin 1-2 yaş dövrü tırtılları müəyyən edilib.

Lənkəran rayon Bitki Mühafizə Mərkəzinin mütəxəssislərinin verdiyi tövsiyyələr əsasında fermerlər və torpaq mülkiyyətçiləri tərəfindən Cil kəndində 4 ha sahədə Asetisuper kimyəvi preparatından istifadə etməklə kimyəvi mübarizə işlərinə başlanılıb. Mübarizə tədbirləri “Mitsubishi” markalı avtomobilə quraşdırılmış İtaliya istehsalı olan “Skaut” tipli müasir və yüksək manevr qabiliyyəti olan çiləyici aqreqatlar vasitəsi ilə həyata keçirilir.

Tədbirlərin əsas məqsədi adıçəkilən zərərvericilərin respublika ərazisində yayılmasının, eləcə də kənd təsərrüfatına və ətraf mühitə dəyən ziyanın qarşısını almaqdan ibarətdir.