KTN: “Yarmarkaların təşkili üçün dövlət büdcəsinin vəsaiti tam istifadə edilib”

ASK
  • 06 iyun, 2022
  • 12:30
KTN: “Yarmarkaların təşkili üçün dövlət büdcəsinin vəsaiti tam istifadə edilib”

2021-ci ilin dövlət büdcəsindən Kənd Təsərrüfatı Nazirliyinə ölkədə yarmarkaların təşkilinə və Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin (EKTİS) tətbiqinin genişləndirilməsi üçün ayrılan vəsaitlər tam istifadə edilib.

“Report” xəbər verir ki, bunu “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası" ilə bağlı Qanun layihəsinin Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəsi zamanı kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova deyib.

Onun sözlərinə görə, 2021-ci ilin dövlət büdcəsindən Kənd Təsərrüfatı Nazirliyinə yarmarkaların təşkili üçün 200 min manat, Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin (EKTİS) tətbiqinin genişləndirilməsi üçün 1 milyon 200 min manat vəsait ayrılıb.

Qeyd edək ki, 2021-ci ilin dövlət büdcəsindən büdcə xərclərinin funksional təsnifatının "Kənd təsərrüfatı" bölməsi üzrə nəzərdə tutulan proqramların ("Bitkiçilik sahəsinin inkişafı" , "Heyvandarlıq sahəsinin inkişafı", "Kənd təsərrüfatı sahəsinin istehsal vasitələri ilə təminatının yaxşılaşdırılması", "Aqrar sığorta bazarının inkişafının dəstəklənməsi", "Kənd təsərrüfatı ilə əlaqədar istehsal müəssisələrinin , xidmət və ticarət sahələrinin inkişafı ) həyata keçirilməsi nəticəsində əkinlərin becərilməsinin stimullaşdırılması , bitkiçilik sahəsində məhsuldarlığın , məhsuldar və keyfiyyətli toxuma ,eləcə də ətə , südə olan təlabatın təmin edilməsində daxili istehsalın payının artırılması və ərzaq təhlükəsizliyi üzrə mühüm hədəflərə nail olmaq üçün 2021-ci il üçün 918 milyon manat vəsait nəzərdə tutulurdu.

44 - Tezliklə