KTN: Azərbaycanda toxumun mövcuq qaydalara uygun təmizlənməsinə tam əməl edilmir

ASK
  • 04 oktyabr, 2018
  • 06:44
KTN: Azərbaycanda toxumun mövcuq qaydalara uygun təmizlənməsinə tam əməl edilmir

Bakı. 4 oktyabr. REPORT.AZ/ "Bəzi toxumçuluq təsərrüfatları toxumların mövcuq qaydalara uygun təmizlənməsinə, kondisiyaya çatdırılmasına tam əməl etmirlər və bu da son nəticədə istehsalçı fermerlərin yüksək və keyfiyyətli məhsul əldə etməsinə mənfi təsir göstərir".

"Report" Kənd Təsərrüfatı Nazirliyinə (KTN) istinadən xəbər verir ki, bunu qurumun Bitki Sortlarının Qeydiyyatı və Toxum nəzarəti üzrə Dövlət Xidmətinin rəisi İmran Cümşüdov Qəbələ, Ogüz, Şəki, Qax, Zaqatala, Agdaş, Ğöyçay rayonlarında toxumculuq təsərrüfatlarında olub və toxum istehsalcıları ilə görüşdə bildirib.

O, toxumçuluq təsərrüfatlarında istehsal olunmuş toxumun anbarda saxlanılmasına, təmizliyinə, qablaşdırılmasına, və etiketlənməsinə, dərmanlanmasına, kondisiyaya çatdırılmasına baxış kecirib. Görüşdə Dövlət Xidmətinin rəisi taxilçılığın və toxumçuluğun inkişafına göstərilən dövlət qayğısından, tətbiq olunan güzəştlərdən danışaraq toxumçuluğun kənd təsərrüfatının strateji bir sahəsi olduğunu və qarşıda duran əsas hədəfin fermerlərin keyfiyyətli toxuma olan tələbatının daxili istehsal hesabına ödənilməsi olduğunu bildirib.

İ.Cümşüdov daim fermerlərin yanında olmaq və onların qarşılaşdıqları problemlərin yerində həll olunmasını rəhbərlik tərəfindən qarşıya bir vəzifə olaraq qoyulduğunu nəzərə catdırıb.

O, qeydiyyata alınmış toxum partiyalarından nümunələrin vaxtında götürülməsi, keyfiyyət analizlərinin aparılması, şəffaflığın təmin olunması, toxumçuluqda yeni, innovativ texnoloğiyaların tətbiqi, toxumçuluq sisteminin yenidən qurulması ilə bağlı qarşıda duran vəzifələr barədə məlumat verərək müvafiq məsləhət və tövsiyələrini verib.

Səfər cərcivəsində Göyçay Sort-sınaq məntəqəsində aparılan müxtəlif bitkilərin sort –sınaq işlərinin nəticələri ilə tanış olunub, mövcud catışmazlıqların qısa vaxtda aradan qaldırılması ücün tapşırıqlar verilib.