Kənd Təsərrüfatı Nazirliyinin nəzdində daha bir şirkət yaradılıb
ASK
- 07 avqust, 2018
- 07:26
Bakı. 7 avqust. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyinin nəzdində “Green Park Azerbaijan” MMC yaradılıb.
"Report" nazirliyə istinadən xəbər verir ki, yeni şirkət kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, satışının həyata keçirilməsi və müxtəlif xidmətlərin göstərilməsi, elmi texniki yeniliklərin, aqrar sahədə innovasiyaların tətbiq edilməsi və bu yeniliklərin digər müəssisələrə təklif edilməsi sahəsində fəaliyyət göstərəcək.
Cəmiyyəti qanunvericiliyə uyğun olaraq iştirakçıların ümumi yığıncağı idarə edəcək. Onun fəaliyyətinə rəhbərliyi direktor həyata keçirəcək.
Nazir İnam Kərimovun imzaladığı sərəncama əsasən, Zülfüqar Sadıqbəyli “Green Park Azerbaijan”a direktor təyin olunub.
Son xəbərlər
09:02
"Sabah" bu gün "Mançester Yunayted"lə üz-üzə gələcək
Futbol09:01
Tramp nüvə obyektindəki fəallığa görə İranı zərbə endirməklə hədələyib
Digər ölkələr08:59
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (10.09.2026)
Maliyyə08:51
Çində internet dələduzluğu ilə mübarizə üzrə beynəlxalq alyans yaradılacaq
Digər ölkələr08:49
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (10.09.2026)
Maliyyə08:33
Donald Tramp ABŞ-nin neft hasilatı məsələsində OPEC-dən güclü olduğunu açıqlayıb
Digər ölkələr08:12
Paytaxtın bəzi yollarında nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur08:10
Tramp ABŞ-nin Venesuela ilə saziş nəticəsində 500 il yetəcək neft ehtiyatlarına çıxış əldə etdiyini bildirib
Digər ölkələr08:00