Kənd Təsərrüfatı Nazirliyi yeni saxlama obyektlərinin yaradılması ilə bağlı planları açıqlayıb

ASK
  • 16 iyun, 2026
  • 12:00
Kənd Təsərrüfatı Nazirliyi yeni saxlama obyektlərinin yaradılması ilə bağlı planları açıqlayıb

Azərbaycanda əlavə 150 min ton tutuma malik taxıl silolarının yaradılması üçün yeni dəstək mexanizmləri tətbiq ediləcək.

"Report"un Qubaya ezam olunmuş müxbiri xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli "Azərbaycanda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində keçirilən müşavirədə deyib.

Onun sözlərinə görə, 2026-2030-cu illər üzrə Dövlət Proqramında taxılın saxlanması infrastrukturunun genişləndirilməsi əsas prioritetlərdən biri kimi müəyyən edilib: "Yeni siloların yaradılması zamanı avadanlıqların dəyərinin 40 %-nə qədər güzəşt tətbiq ediləcək, əlavə olaraq investisiyanın 40-50 %-i üzrə kredit faizləri subsidiyalaşdırılacaq. Saxlama imkanlarının genişləndirilməsi məhsul itkilərinin azalmasına, fermerlərin məhsulu daha sərfəli vaxtda bazara çıxarmasına və taxıl bazarında dayanıqlığın güclənməsinə xidmət edəcək".

Nazir müavini əlavə edib ki, Azərbaycanda kənd təsərrüfatı məhsullarının saxlanması imkanlarının genişləndirilməsi məqsədilə əlavə 100 min ton tutuma malik soyuducu anbarların yaradılması təşviq ediləcək: "Soyuducu anbar avadanlıqlarının qiymətinin 40 %-nə qədər güzəşt tətbiq ediləcək, investisiyanın bir hissəsi isə kredit faizlərinin subsidiyalaşdırılması yolu ilə maliyyələşdiriləcək. Yeni anbarların yaradılması məhsul itkilərinin azalmasına, fermer gəlirlərinin artmasına və ixrac imkanlarının genişlənməsinə şərait yaradacaq".

44 filmi