Nazirlik: Abşeronda çəyirtkələrə dair vəziyyət iqlim dəyişikliyilə bağlıdır
- 04 iyul, 2026
- 12:46
Yeniliklərdən dərhal xəbərdar olun!
Abşeronda müşahidə edilən çəyirtkələrlə bağlı vəziyyət Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin tam nəzarəti altındadır.
Bu barədə "Report"a nazirlikdən bildirib.
Məlumata əsasən, son günlər Abşeron yarımadasında, xüsusən də dənizkənarı ərazilərdə çəyirtkələrin kütləvi şəkildə müşahidə edilməsi ilə bağlı Agentliyə məlumatlar daxil olub.
Məsələ ilə əlaqədar Agentliyin Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin əməkdaşları dərhal qeyd olunan ərazilərə cəlb olunaraq müşahidə tədbirləri həyata keçiriblər. Mütəxəssislərin rəyinə əsasən, belə təbiət hadisələrinin baş verməsi son dövrlərdə müşahidə edilən kəskin iqlim dəyişiklikləri ilə birbaşa əlaqəlidir. Qlobal və regional iqlim şəraiti dəyişdikcə, bir çox canlı orqanizmlər, o cümlədən çəyirtkələr yeni coğrafi areallara doğru kütləvi miqrasiya edirlər.
Hazırda Agentliyin mütəxəssisləri çəyirtkələrin kütləvi şəkildə yayıldığı ərazilərdə zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirlərini intensiv şəkildə davam etdirir.