​Kənd təsərrüfatı naziri Siyəzəndə vətəndaşları qəbul edəcək

ASK
  • 12 avqust, 2016
  • 09:18
​Kənd təsərrüfatı naziri Siyəzəndə vətəndaşları qəbul edəcək

Bakı. 12 avqust. REPORT.AZ/ Kənd təsərrüfatı naziri Heydər Əsədov Siyəzən şəhərində Siyəzən, Şabran, Quba, Qusar və Xaçmaz rayonlarının sakinləri ilə görüş keçirəcək.

“Report” Nazirliyə istinadən xəbər verir ki, görüş avqustun 19-da baş tutacaq.

Görüşdə iştirak etmək istəyənlər Kənd Təsərrüfatı Nazirliyinə (012) 493-51-64; (050) 352-06-27; (050) 528-24-16) müraciət edə bilərlər.

Eyni zamanda qəbula yazılmaq istəyənlər Nazirliyin Çağrı Mərkəzi (1652) və elektron poçtu (web@agro.gov.az) vasitəsi ilə də qeydiyyatdan keçə bilərlər.