Kənd təsərrüfatı naziri Şəmkirdə vətəndaşları qəbul edəcək

ASK
  • 20 avqust, 2018
  • 07:25
Kənd təsərrüfatı naziri Şəmkirdə vətəndaşları qəbul edəcək

Bakı. 20 avqust. REPORT.AZ/ Kənd təsərrüfatı naziri İnam Kərimov avqustun 25-də saat 11:00-da Şəmkir Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Gədəbəy, Şəmkir, Tovuz, Ağstafa və Qazax rayonlarının sakinləri ilə görüşəcək.

Kənd Təsərrüfatı Nazirliyindən "Report"a verilən məlumata görə, görüşdə iştirak etmək istəyənlər Şəmkir Dövlət Aqrar İnkişaf Mərkəzinə (050 - 364 44 80) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün, həmçinin nazirliyin “Çağrı mərkəzi” (1652) və elektron poçtu (web@agro.gov.az) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.