Kanadadan Azərbaycana hindtoyuğu ətinin idxalı bərpa edilib

ASK
  • 01 noyabr, 2022
  • 12:49
Kanadadan Azərbaycana hindtoyuğu ətinin idxalı bərpa edilib

2022-ci ilin ilk 8 ayı ərzində Azərbaycana 1,812 milyon ABŞ dolları dəyərində 1 min 423 ton dondurulmuş hindtoyuğu əti idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 13 % çoxdur, kəmiyyət olaraq – 27 % azdır.

Hesabat dövründə Rusiyadan 679,51 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 4,7 dəfə çoxdur) 262,25 ton (+4 dəfə), Braziliyadan 363,31 min ABŞ dolları dəyərində (+72 %) 403,48 ton (+81 %), Portuqaliyadan 300,17 min ABŞ dolları dəyərində (+71 %) 252,72 ton (+69 %), Kanadadan 163,88 min ABŞ dolları dəyərində 230,54 ton, Almaniyadan 103,22 min ABŞ dolları dəyərində 105,25 ton (bir il əvvəl tədarük olmayıb) məhsul gətirilib.

Bir il 4 aylıq fasilənin ardından Kanadadan tədarük bərpa edilib.

2021-ci ildə Azərbaycanın xaricdən (14 ölkədən) aldığı 3,1 min ton dondurulmuş hindtoyuğu ətinin 63 %-i Türkiyənin payına düşüb.

44 - Tezliklə