İki ölkədən Azərbaycana yunan qozunun tədarükü bərpa edilib

ASK
  • 27 oktyabr, 2022
  • 06:08
İki ölkədən Azərbaycana yunan qozunun tədarükü bərpa edilib

2022-ci ilin yanvar-avqust aylarında Azərbaycan xaricdən 7,5 milyon ABŞ dolları dəyərində 2 min 406 ton yunan qozu (qabıqlı və qabığı təmizlənmiş) alıb.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 1,2 %, kəmiyyət olaraq – 6 % azdır.

Hesabat dövründə Ukraynadan 4,519 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 27,7 % azalıb) 1 min 021 ton (-51,4 %), Rusiyadan 1,293 milyon ABŞ dolları dəyərində (+16,4 dəfə) 989,49 ton (+16,2 dəfə), Qırğızıstandan 716,3 min ABŞ dolları dəyərində 149,23 ton (bir il əvvəl tədarük olmayıb), Amerika Birləşmiş Ştatlarından 328,21 min ABŞ dolları dəyərində (-26 %) 100,05 ton (-41,9 %), Özbəkistandan 247,36 min ABŞ dolları dəyərində (+38 %) 44,96 ton (+40,6 %) məhsul gətirilib.

Bir il 6 aylıq fasilənin ardından Türkiyədən, 1 il 2 ayın tamamında Lüksemburqdan tədarük bərpa edilib. Həmin ölkələrdən müvafiq olaraq 4,64 min ABŞ dolları dəyərində 0,52 ton və 5,35 min ABŞ dolları dəyərində 0,3 ton qoz idxal edilib.

Qeyd edək ki, ötən il Azərbaycanın xarcidən (9 ölkədən) aldığı 4,38 min ton yunan qozunun 63,9 %-i Ukraynanın, 20,5 %-i Rusiyanın payına düşüb.