İki ölkədən Azərbaycana səməni idxalı bərpa edilib
- 28 oktyabr, 2022
- 10:36
Bu ilin ilk 8 ayında Azərbaycana xaricdən 7,798 milyon ABŞ dolları dəyərində 12 min 256 ton səməni (qovrulmamış və qovrulmuş) gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 18,1 % çoxdur, kəmiyyət olaraq – 3,7 % azdır.
Hesabat dövründə Rusiyadan 4,423 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 15,1 % çoxdur) 7 min 881 ton (-11,3 %), Almaniyadan 2,565 milyon ABŞ dolları dəyərində (+11 %) 3 min 095 ton (-0,3 %), Ukraynadan 287,36 min ABŞ dolları dəyərində (+61,2 %) 419 ton (+18 %), Belarusdan 237,18 min ABŞ dolları dəyərində 512 ton, Slovakiyadan 170,52 min ABŞ dolları dəyərində (+75,5 %) 212 ton (+56 %) məhsul alınıb.
Doqquz il 7 ayın tamamında Polşadan, 1 il 4 aylıq fasilənin ardından Belarusdan tədarük bərpa edilib. Azərbaycan Polşadan 0,85 min ABŞ dolları dəyərində 0,6 ton səməni alıb.