İki ölkədən Azərbaycana lobya idxalı bərpa edilib
- 16 yanvar, 2023
- 08:54
2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana 1,97 milyon ABŞ dolları dəyərində 1 min 605 ton lobya (qurudulmuş) idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 1,8 %, kəmiyyət olaraq – 6 % azdır.
Hesabat dövründə Özbəkistandan 1,713 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 18,2 % çoxdur) 1 min 421 ton (+11 %), Qırğızıstandan 91,83 min ABŞ dolları dəyərində (-57 %) 53,93 ton (-65 %), Braziliyadan 53 min ABŞ dolları dəyərində (-46 %) 45 ton (-50 %), Rusiyadan 33,22 min ABŞ dolları dəyərində 24 ton (bir il əvvəl tədarük olmayıb), Türkiyədən 33,04 min ABŞ dolları dəyərində (+96,2 %) 25,37 ton (+3 dəfə) məhsul alınıb.
On il 4 aylıq fasilənin ardından Kanadadan, 2 il 4 ayın tamamında Birləşmiş Ərəb Əmirliklərindən tədarük bərpa edilib. Həmin ölkələrdən müvafiq olaraq 7,17 min ABŞ dolları dəyərində 5 ton və 12,6 min ABŞ dolları dəyərində 9 ton lobya gətirilib.
Qeyd edək ki, 2021-ci ildə Azərbaycanın idxal etdiyi (17 ölkədən) 2 min 720 ton lobyanın 81,7 %-i Özbəkistanın, 6,4 %-i Qırğızıstanın, 5 %-i Braziliyanın payına düşüb.