İki ölkədən Azərbaycana dəniz kreveti idxalı bərpa edilib
- 04 noyabr, 2022
- 09:59
Bu ilin yanvar-avqust aylarında Azərbaycana xaricdən 1,692 milyon ABŞ dolları dəyərində 227,32 ton dəniz kreveti gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 78 %, kəmiyyət olaraq – 63,3 % çoxdur.
Hesabat dövründə Çindən 918,78 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,7 dəfə çoxdur) 129,92 ton (+2,4 dəfə), Hindistandan 376,62 min ABŞ dolları dəyərində (+18,4 %) 45,98 ton (-0,1 %), Rusiyadan 113,34 min ABŞ dolları dəyərində (+2,8 dəfə) 16,54 ton (+2,1 dəfə), İrandan 62,16 min ABŞ dolları dəyərində 10,83 ton, Lüksemburqdan 60,86 min ABŞ dolları dəyərində (+9 %) 3,46 ton (-11,7 %) məhsul alınıb.
Bir il 9 aylıq aradan sonra İrandan, 3 ilin tamamında İndoneziyadan tədarük bərpa edilib. Azərbaycan İndoneziyadan 4,35 min ABŞ dolları dəyərində 0,4 ton krevet idxal edib.