İki ölkədən Azərbaycana albalı və gilas tədarükü bərpa edilib

ASK
  • 30 sentyabr, 2022
  • 06:09
İki ölkədən Azərbaycana albalı və gilas tədarükü bərpa edilib

Bu ilin ilk 7 ayında Azərbaycan 41,634 milyon ABŞ dolları dəyərində 29 min 199 ton albalı və gilas ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 34 %, kəmiyyət olaraq – 50,2 % çoxdur.

Rusiyaya 41,51 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 34,1 % çoxdur) 29 min 098 ton (+51 %), Qazaxıstana 120,19 min ABŞ dolları dəyərində (+5,5 dəfə) 99,1 ton (+87 %), Belarusa 4,18 min ABŞ dolları dəyərində (-90,6 %) 0,92 ton (-97,5 %) və Birləşmiş Ərəb Əmirliklərinə 3,46 min ABŞ dolları dəyərində (-27 %) 0,99 ton (-16,6 %) məhsul satılıb.

Hesabat dövründə 201,37 min ABŞ dolları dəyərində (+75 %) 137,86 ton (+25,5 %) albalı və gilas alınıb.

Rusiyadan 119,64 min ABŞ dolları dəyərində 72,98 ton, Türkiyədən 71,9 min ABŞ dolları dəyərində (-26,5 %) 57,88 ton (-40,8 %), İrandan 9,32 min ABŞ dolları dəyərində (-46,5 %) 6,9 ton (-47 %) və Çilidən 0,51 min ABŞ dolları dəyərində 0,1 ton məhsul gətirilib.

İki il 10 aylıq fasilədən sonra Çilidən, 1 il 10 ayın tamamında Rusiyadan tədarük bərpa edilib.

Qeyd edək ki, ötən il Azərbaycandan xaricə (5 ölkəyə) göndərilən 19,4 min ton albalı və gilasın 99,2 %-i Rusiyanın payına düşüb.

44 - Tezliklə