Hindistandan Azərbaycana kətan toxumunun idxalı bərpa edilib
- 23 noyabr, 2022
- 10:20
Yeniliklərdən dərhal xəbərdar olun!
2022-ci ilin ilk 9 ayında Azərbaycan 26,26 min ABŞ dolları dəyərində 23,41 ton kətan toxumu idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 2 dəfə, kəmiyyət olaraq – 9,3 dəfə çoxdur.
Hesabat dövründə Qazaxıstandan 21 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 16,3 dəfə çoxdur) 21 ton (+53 dəfə), Ukraynadan 2,02 min ABŞ dolları dəyərində 1,44 ton (bir il əvvəl tədarük olmayıb), Almaniyadan 1,1 min ABŞ dolları dəyərində (-40 %) 0,28 ton (-24,3 %), Hindistandan 0,99 min ABŞ dolları dəyərində 0,3 ton, Türkiyədən 0,83 min ABŞ dolları dəyərində (-79,8 %) 0,3 ton (-73,7 %) məhsul gətirilib.
Bir il 6 aylıq fasilənin ardından Hindistandan tədarük bərpa edilib.