Gürcüstanın Azərbaycandan meyvə-tərəvəz şirəsinin idxalına çəkdiyi xərc 6 dəfəyə yaxın artıb

ASK
  • 22 iyul, 2026
  • 11:36
Gürcüstanın Azərbaycandan meyvə-tərəvəz şirəsinin idxalına çəkdiyi xərc 6 dəfəyə yaxın artıb

Bu ilin yanvar-iyun aylarında Gürcüstan Azərbaycandan 997 min ABŞ dolları dəyərində 640,4 ton meyvə və tərəvəz şirəsi idxal edib.

"Report"un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 5,8 dəfə, kəmiyyət olaraq 5 dəfə çoxdur.

Beləliklə, Azərbaycan Gürcüstana meyvə və tərəvəz şirəsi ixrac edən ölkələr sırasında 2-ci yerdə qərarlaşıb.

Bu ilin ilk 6 ayında Gürcüstan xarici ölkələrdən 6,92 milyon ABŞ dolları dəyərində 2 min 876 ton meyvə və tərəvəz şirəsi alıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 10 % azdır və 1,5 % çoxdur.

Hesabat dövründə Gürcüstan Türkiyədən 1,65 milyon ABŞ dolları dəyərində 414 ton, Avstriyadan 742 min ABŞ dolları dəyərində 120 ton, Niderlanddan 717 min ABŞ dolları dəyərində 167 ton, Ukraynadan 471 milyon ABŞ dolları dəyərində 382 ton məhsul alıb.