Gürcüstan Azərbaycandan orqanik gübrə alışını oktyabrda 50 % artırıb

ASK
  • 25 noyabr, 2024
  • 13:48
Gürcüstan Azərbaycandan orqanik gübrə alışını oktyabrda 50 % artırıb

Bu ilin yanvar-oktyabr aylarında Gürcüstan Azərbaycandan 645 min ABŞ dolları dəyərində 5 min 376 ton heyvan və ya bitki mənşəli (orqanik) gübrə idxal edib.

“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 5,6 % azdır, kəmiyyət olaraq – 24 % çoxdur.

Beləliklə, Azərbaycan Gürcüstana orqanik gübrə tədarük edən ölkələr arasında 1-ci yerdə qərarlaşıb.

Təkcə oktyabrda Gürcüstan Azərbaycandan 69 min ABŞ dolları dəyərində 576 ton orqanik gübrə alıb. Bu, bir il əvvələ nisbətən müvafiq olaraq 50 % və 50 % çoxdur.

İlk 10 ay ərzində Gürcüstan xarici ölkələrdən 893 min ABŞ dolları dəyərində 5 min 745 ton orqanik gübrə alıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 1 % və 26 % çoxdur. O cümlədən Gürcüstan İtaliyadan 97,9 min ABŞ dolları dəyərində 30,8 ton, Türkiyədən 85,4 min ABŞ dolları dəyərində 169,5 ton, Latviyadan 38,3 min ABŞ dolları dəyərində 102,33 ton, Rusiyadan 11,32 min ABŞ dolları dəyərində 66 ton orqanik gübrə idxal edib.

Xatırladaq ki, 2023-cü ildə Gürcüstan xaricdən 1,1 milyon ABŞ dolları dəyərində 5 min 629 ton orqanik gübrə alıb ki, bunun da 799 min ABŞ dolları dəyərində 5 min 302 tonu Azərbaycanın payına düşüb.