Göygöldə Aqrar Biznes və III Moruq festivalları keçiriləcək

ASK
  • 04 sentyabr, 2026
  • 09:36
Göygöldə Aqrar Biznes və III Moruq festivalları keçiriləcək

Sentyabrın 5-6-də Göygöl rayonunda "Aqrar Biznes Festivalı" və "III Moruq festivalı" keçiriləcək.

"Report" bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, festivallar saat 10:00-da rayonun Keşkü kəndində təşkil olunacaq.

Sabah həm də Göygöldə "Aqrar sahədə dövlətin dəstək mexanizmləri" mövzusunda panel müzakirəsi keçiriləcək. Tədbir saat 10:00-da Göygöl Gənclər Evində təşkil olunacaq.