Göyçayda azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışı həyata keçiriləcək
- 27 fevral, 2019
- 13:16
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 27 fevral. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrolizinq” ASC mineral gübrənin növbəti səyyar satışını martın 1-də Göyçay rayonunun Qarabaqqal kəndində, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin binası qarşısında keçirəcək.
Bu barədə “Report”a qurumdan bildirilib.
Məlumata görə, səyyar satışdan bu kəndə yaxın Qaraməryəm, Bığır, Qaraman, Ləkçıplaq, Hacalı, Qarayazı, Cəyirli kəndlərinin sakinləri də yararlana biləcəklər.
Qeyd edilib ki, səyyar satış zamanı vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70% güzəştdən yararlanaraq mineral gübrəni əldə edirlər.
Səyyar satış barədə ətraflı məlumat almaq üçün (050) 381 73 38 nömrəli telefonla (Göyçay Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Elçin İsmayılov) əlaqə saxlamaq olar.