Fərid Osmanlı: "Dabağa qarşı mübarizə tədbirlərini dövlət həyata keçirir"
- 29 sentyabr, 2026
- 14:34
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda dabaq xəstəliyinə qarşı mübarizə tədbirlərini dövlət plana uyğun şəkildə həyata keçirir.
Bunu "Report"un Qarabağ bürosuna açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin rəis müavini Fərid Osmanlı bildirib.
Onun sözlərinə görə, dabaq xəstəliyinə qarşı vaxtında profilaktik tədbirlərin həyata keçirilməsi zəruridir: "İribuynuzlu və xırdabuynuzlu heyvanlar arasında yayılan dabaq xəstəliyi beynəlxalq səviyyədə tanınan virus mənşəlidir, məhsuldarlığı azaltmaqla bərabər, heyvandarlıq təsərrüfatlarının aktiv fəaliyyətinə mənfi təsir göstərir. Bunun qarşısını almaq üçün vaxtında profilaktik tədbirlərin görülməsi vacib hesab edilir".
Dabaq xəstəliyinə qarşı mübarizə tədbirləri çərçivəsində Ağcabədi rayonunda plana uyğun olaraq 80 min iribuynuzlu, 210 min xırdabuynuzlu heyvan peyvənd olunacaq.