FAO: Kənd təsərrüfatında innovasiyaların tətbiqi əlçatan olmalıdır

ASK
  • 01 oktyabr, 2025
  • 10:58
FAO: Kənd təsərrüfatında innovasiyaların tətbiqi əlçatan olmalıdır
Nasar Hayat

Kənd təsərrüfatı sektorunda innovasiyaların tətbiqi əlçatan və yerli reallıqlara uyğun olmalıdır.

"Report" xəbər verir ki, bunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəsi Nasar Hayat Bakı İqlim Fəaliyyəti Həftəsinin (BCAW2025) üçüncü günündə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, iqlim dəyişikliyinin yaratdığı təsirlər nəticəsində kənd təsərrüfatı hər il məhsul itkisinə məruz qalır: "Yağıntılar nizamsızdır və ya quraqlıq baş verir. Kənd təsərrüfatı yalnız qida istehsalı ilə bağlı deyil. Bu sahə dözümlülük, ləyaqət və yaşamaq üçün mübarizə deməkdir və eyni zamanda çoxlarımız üçün həyat tərzidir".

Nasar Hayat əlavə edib ki, bu sahədə çağırışlar böyükdür: "Kənd təsərrüfatı qlobal istixana qazı emissiyalarının təxminən üçdə birini təşkil edir və dünya üzrə su ehtiyatlarının təxminən 70 %-ni istifadə edir. Eyni zamanda kənd təsərrüfatı iqlim dəyişikliklərinin təsirini ilk hiss edən sahədir. Bir quraqlıq, daşqın və ya isti dalğa əkilən məhsulun 40 %-ə qədərini məhv edə bilər. Bu rəqəmlərin arxasında isə ailələr, icmalar, insanlar, qadınlar və uşaqlar dayanır ki, onlar əziyyət çəkirlər".

Son xəbərlər

Bütün Xəbər Lenti